...

Qarşıdakı dörd ilin büdcə layihələrinə nikbin baxırıq - Sahib Ələkbərov

İqtisadiyyat Materials 4 Noyabr 2023 15:27 (UTC +04:00)
Qarşıdakı dörd ilin büdcə layihələrinə nikbin baxırıq - Sahib Ələkbərov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Keçən il bizim büdcə ilə bağlı göstəricilərimiz çox yaxşı olmuşdu. Qarşıdakı dörd ilin büdcə layihələrinə nikbin baxırıq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zaman iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

O, qeyd edib ki, keçən il həm icmal büdcə, həm dövlət büdcəsi, həm İşsizlikdən Sığora Fondunun, həm DSMF-nin büdcələri çox yaxşı səviyyədə icra olunub.

“Bunun üçün real imkanlar mövcud idi. Neft və qaz qiymətləri yaxşı səviyyədə idi. Ölkə başçısının apardığı islahatlar da buna imkan verirdi. Təəssüf ki, bu il və yəqin ki, gələn il də neft və qazın qiymətində müsbət dəyişikliyin olacağı gözlənilən deyil. Digər tərəfdən Azərbaycanda neft istehsalı təbii prosesdir olaraq azalmaqdadır.

Buna baxmayaraq vaxtında görülən tədbirlər nəticəsində biz gələn il və sonrakı üç ilin büdcə layihələrinə nikbin baxırıq. Bunun üçün ötən illərdə yaxşı baza yaradılıb”, - deyə o əlavə edib.

Qeyd edək ki, Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti