...

Mərkəzi Asiyadan “yaşıl enerji”nin Azərbaycan vasitəsilə ixrac edilməsi müzakirə edildi

İqtisadiyyat Materials 5 Mart 2024 19:05 (UTC +04:00)
Mərkəzi Asiyadan “yaşıl enerji”nin Azərbaycan vasitəsilə ixrac edilməsi müzakirə edildi
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov həmkarı Almasadam Satkaliyev ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabatında bildirib.

“Astanada həmkarım Almasadam Satkaliyev ilə səmərəli görüşümüz oldu. BTC ilə Qazaxıstan neftinin nəqlinin tədricən artırılması, Mərkəzi Asiyadan “yaşıl enerji”nin Azərbaycan vasitəsilə ixracı üçün müvafiq tədbirlərin görülməsi, nazirliklər arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Saziş layihəsinin hazırlanması məsələlərini müzakirə etdik” - Pərviz Şahbazov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti