...

Türkiyədən Azərbaycana hazır geyim ixracı azalıb

İqtisadiyyat Materials 8 Aprel 2025 14:41 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2025-cü ilin mart ayında Azərbaycana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz azalaraq, 5 milyon 111 min 92 dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz azalaraq, 12 milyon 615 min dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz azalaraq, 4 milyon 184 min 923 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 1 milyon 417 min 152 dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 12,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 17 milyon 571 min 108 dollar məbləğində hazır geyim ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti