...

Mərkəzi Asiya Respublikaları İttifaqı ideyası aktualdır - Qırğızıstanın Qazaxıstandakı səfiri ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2008 18:45 (UTC +04:00)
Mərkəzi Asiya Respublikaları İttifaqı ideyası aktualdır - Qırğızıstanın Qazaxıstandakı səfiri ilə müsahibə

Qazaxıstan, Astana,16 aprel / Trend , müxbir K.Konırova/ Qırğızıstan prezidenti Qurmanbek Bakiyev aprelin 17-18-də Qazaxıstana rəsmi səfər edəcək. Bu barədə Astanada Qırğızıstanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Janış Rustenbekov Trend ın xüsusi müxbirinə verdiyi müsahibəsində bildirib.

Səfər çərçivəsində Qazaxıstan və Qırğızıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçiriləcək. İclas zamanı siyasi, ticarət -iqtisadiyyat, sərmayələr, su-energetika və mədəni -humanitar sahələrə aid aktual məsələlər müzakirə olunacaq.

Səfir Janış Rustenbekov Trend a müsahibəsində bu barədə daha ətraflı danışıb.

- Qırğızıstanda 2005-ci ilin mart inqilabından sonrakı iki ilin nəticələri necədir?

- Keçmişin səhvlərindən qurtulmağa istiqamətlənmiş yeni siyasət sayəsində Qırğızıstan bu iki il ərzində əhəmiyyətli nəticələrə nail olub. Keçən ildən respublika iqtisadiyyatı uzun illərdən bəri görünməyən artım tempini saxlayır. Son üç il ərzində ÜDM-in həcmi bir yarım dəfədən çox, vergi gəlirləri iki dəfə, kapital qoyuluşu təxminən üç dəfə artıb. Bu tənasüblə dövlət büdcəsinin gəlirləri yüksəlib. Ölkə iqtisadiyyatına qoyulan sərmayələr də artır. Əvvəllər respublikanın iqtisadi inkişafı əsasən Kumtordan hasil edilən qızıl ilə əlaqədar idisə, indi artım xalq təsərrüfatının bütün sahələri hesabına baş verir.

- Bu dəyişikliklər çərçivəsində Qırğızıstan və Qazaxıstan arasında münasibətlər necə inkişaf edir? Sizcə, bu iki il ərzində irəliləyiş varmı?

- Qazaxıstan ilə əməkdaşlıq Qırğızıstanın xarici siyasətinin həmişə mühüm prioritetindən olub və olaraq qalır. Münasibətlərin dinamikasına dair məsələyə gəldikdə isə o, müsbətdir. Keçən il ərzində ölkələrimiz arasında mal dövriyyəsi 517 mln. dollar təşkil edib ki, bu da 2006-cı ilin göstəricilərindən 42,7 faiz çoxdur. Bununla belə, ixrac 204,6 mln. dollar (artım 26 faiz), idxal isə 312,4 mln. dollar (56,4 faiz) təşkil edib.

- Ölkələr arsında mehriban qonşuluq münasibətlərinə baxmayaraq, problemli məsələlər mövcuddurmu?

- Mənim nöqteyi-nəzərimcə, ilk növbədə ikitərəfli əməkdaşlıq üzrə dövlətlərarası Qazaxıstan-Qırğızıstan Birgə Komissiyasının statusunu qaldırmaq vacibdir. Daha doğrusu, onun qəbul etdiyi qərarların səmərəliliyinə diqqət yetirmək lazımdır. Axı indiyədək bəyan edilmiş və müzakirə olunmuş bəzi məsələlər həll olunmamış qalır.

- Məsələn...

- Məsələn, əmək miqrasiyaları. İndyədək Qazaxıstana gələn Qırğızıstan vətəndaşlarının bərabər yaşamasına dair məsələlər həll olunmayıb. Halbuki, sizin vətəndaşlar bizim ölkədə qeydiyyatsız 90 gün qala bilirlər. Qazaxıstan bu məsələnin həlli heç bir fəallıq göstərmir.

Bununla yanaşı, qeyd etmək istərdim ki, bizim münasibətlərimizdə kostruktiv dialoq yolu ilə və qarşılıqlı maraqlar hesabına həll edilə bilməyən məsələlər yoxdur. Qırğızıstanda qazaxıstanlı biznesmenlərin çoxdankı mübahisələrinin həlli buna əyani sübutdur. Bu günlərdə bizim parlament deputatları İssık-Kul sahilində yerləşən dörd panisionatın Qazaxıstana verilməsi barədə qərar qəbul edib.

Qeyd etmək istərdim ki, Qırğızıstan istirahət obyektlərini, onların yerləşdiyi torpaq sahəsini Qazaxıstian tərəfə 49 illk müddətlə icarəyə verir. Öz növbəsində, sazişə əsasən Qazaxıstan pansionatları üç - dörd ulduzlu otel səviyyəsinə çatdırmaq, onların bütün il boyu fəaliyyətini təmin etmək, turist axınını gücləndirmək, həmçinin yerli əhalini iş yerləri ilə təmin etməyi öz üzərinə götürüb.

- Yüksək səviyyədə həll olunmalı əsas məsələlərdən biri Mərkəzi Asiya Ölkələri İttifaqının yaradılması ideyasının sonrakı inkişafıdır. Yeri gəlmişkən, sizin məşhur həmyerliniz Çingiz Aytmatov Avropa İttifaqına bənzər vahid Mərkəzi Asiya təşkilatının yaradılmasının vacibliyini qeyd edib. Sizin bu barədə fikriniz necədir?

- Bu yaxşı ideydır. Ona görə ki, o bu fikirlərə əsaslanır - Mərkəzi Asiya respublikaları üçün inteqrasiya ideyası məntiqidir, belə ki, coğrafi olaraq onlar yanaşı yerləşiblər, ümumi mədəni və tarixi köklərə malikdirlər, ən başlıcası isə bizim su ehtiyatları və yeraltı sərvətlərimizdən səmərəli və müştərək istifadə nəticəsində möhkəm iqtisadiyyat qura bilərlər.

Bu mənada iki respublika arasında Kambaratin SES kaskadının tikinti layihəsi perspektivli və qarşılıqlı faydalı olacaq. Qazaxıstan tərəfi artıq layihənin TİƏ-sinə 8 mln. dollar vəsait qoyub.

Qırğızıstan strateji olaraq Beyney- Bozoy-Samsonovka- Çin qaz kəmərinə qoşulmaqda maraqlıdır. Bizim simamızda Qazaxıstan öz qazını satmaq üçün daha bir bazar əldə edəcək. Belə misalları çox çəkmək olar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti