...

Azərbaycan Mərkəzi Bankı zəif bankları bazardan kənarlaşdırır – AMB rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2010 14:39 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) bundan sonra ölkənin bank bazarında bankların miqdarının azaldılmasını planlaşdırmır. Bu barədə AMB idarə heyətinin sədri Elman Rüstəmov çərşənbə günü bankın idarə heyətinin "Debütbank" ASC və "Kövsərbank" ASC-nin fəaliyyət lisenziyasının ləğv edilməsinə dair qərarını şərh edərkən bildirib.
Azərbaycan Mərkəzi Bankı zəif bankları bazardan kənarlaşdırır – AMB rəhbəri

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) bundan sonra ölkənin bank bazarında bankların miqdarının azaldılmasını planlaşdırmır. Bu barədə AMB idarə heyətinin sədri Elman Rüstəmov çərşənbə günü bankın idarə heyətinin "Debütbank" ASC və "Kövsərbank" ASC-nin fəaliyyət lisenziyasının ləğv edilməsinə dair qərarını şərh edərkən bildirib.

Rüstəmov bu qərarı MB-nin uzun müddət həmin banklarda problemlər müşahidə etməsi ilə izah edib. "Onlar öz likvidliklərini və ödənişqabiliyyətliliklərini itiriblər və qanunvericiliyə uyğun olaraq onların lisenziyaları geri götürülüb", - Rüstəmov bildirib.

Bu bankların lisenziyalarının ləğvi əhalinin depozitlərinin itməsinə səbəb olmayacaq. AMB rəhbərinin dediyi kimi, həmin banklarda əhalinin əmanətlərinin payı cüzidir və MB artıq araşdırma aparır, qanunvericiliyə uyğun bütün tədbirlər görülür.

"AMB-nin siyasəti ölkənin bank sistemi üçün problemlər yaradan zəif bankları kənarlaşdırmaqdır. Belə təcrübə ABŞ-da, Rusiyada tətbiq olunur və bu, normaldır. Lakin digər bankların bağlanması AMB-nin planlarına daxil deyil", - Rüstəmov bildirib.

O, bankları birləşməyə çağırıb. Çünki öz fəaliyyətlərini düzgün qurmaq məqsədi ilə onlar geniş biznes və idarəetmənin koprorativ imkanlarına malik olmalıdırlar.

"Debütbank" və "Kövsərbank" birləşmək və ya bank olmayan kredit təşkilatına çevrilmək imkanlarına malik deyildilər. Çünki bu bankların xeyli kredit öhdəçilikləri var idi. Yalnız öhdəçiliklə bağlı problemləri olmayan sağlam banklar birləşə bilərlər", - Rüstəmov deyib.

"Debütbank" və "Kövsərbank"ın lisenziyalarının ləğv edilməsi qərarı minimum məcmu kapitalla bağlı tələblərin yerinə yetirilməməsi, bank qanunvericiliyinin pozulması, eləcə də cari fəaliyyətin etibarlı və prudensial qaydada həyata keçirilməməsi ilə bağlı qəbul edilib. Bu banklar, həmçinin sistematik olaraq AMB-nin göstərişlərini yerinə yetirmirdilər.

Həmin pozuntular nəticəsində 1994-cü il dekabrın 30-da "Debütbank"a və 1992-ci il dekabrın 21-də "Kövsərbank"a verilən lisenziyalar ləğv edilib.

AMB-nin həmin qərarı ilə banklar üçün müvəqqəti administrasiyalar təyin edilib.

İki bankın lisenziyasının ləğv edilməsindən sonra ölkədə bank təşkilatlarının sayı 45 olub.

Xəbər lenti

Xəbər lenti