...

Azərbaycan, Rusiya və İran "Şimal-Cənub" layihəsi üzrə birgə müəssisənin yaradılmasına dair saziş imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2011 20:02 (UTC +04:00)
Azərbaycan, Rusiya və İranın dəmiryolu idarələrinin rəhbərləri çərşənbə axşamı bu ölkələrin iştirak etdikləri “Şimal-Cənub” dəmiryolu dəhlizinin çəkilməsi çərçivəsində birgə müəssisənin yaradılmasına dair sənəd imzalayıblar. Bu barədə Trend-ə İran Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Abbas Nəzəri deyib.
Azərbaycan, Rusiya və İran "Şimal-Cənub" layihəsi üzrə birgə müəssisənin yaradılmasına dair saziş imzalayıblar

Azərbaycan, Bakı, 8 fevral/Trend, müxbir T.Cəfərov, E.İsmayılov/

Azərbaycan, Rusiya və İranın dəmiryolu idarələrinin rəhbərləri çərşənbə axşamı bu ölkələrin iştirak etdikləri "Şimal-Cənub" dəmiryolu dəhlizinin çəkilməsi çərçivəsində birgə müəssisənin yaradılmasına dair sənəd imzalayıblar. Bu barədə Trend-ə İran Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Abbas Nəzəri deyib.

Birgə müəssisənin baş ofisi Moskvada yerləşəcək. Öz növbəsində Bakı və Tehranda onun filialları olacaq. Şirkət dörd ay ərzində Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmiryolu layihəsinin tikintisinin biznes-planını hazırlayacaq.

Nəzəri bildirib ki, Rəşt-Astara-Astara dəmiryolu 15 il müddətinə olan müqavilə ilə BOT (Build-Operate-Transfer) əsasında tikiləcək. Bundan sonra layihəyə yenidən baxılacaq və bu müddət ərzində layihəyə qoyulan vəsaitlər qaytarılsa, bu ölkələrin ərazilərindəki dəmir yolları onların istifadəsinə veriləcək.

Dəmiryolunun tikintisinə 400 milyon dollar məbləğində investisiya nəzərdə tutulub. İnvestisiyaları iştirakçı ölkələrin bankları, eləcə də digər regional maliyyə institutları sayəsində cəlb etmək planlaşdırılır. Bunun Rusiya bankları olacağı daha çox güman ediləndir, - Nəzəri qeyd edib.

İlk illər bu dəmiryolu ilə yük daşımalarının həcmi ildə 6 milyon ton olacağı, gələcəkdə isə ildə 20 milyon tonadək artırılacağı proqnozlaşdırılır.

Nəzərinin sözlərinə görə, bu onunla əlaqədardır ki, hazırda Rusiya Hindistana ildə 20 milyon tona yaxın yük nəql edir.Nəzərdə tutulub ki, "Şimal-Cənub" dəmiryolu istismara verildikdən sonra bu yüklər məhz bu marşrutla nəql ediləcək. Buna uyğun olaraq, nəql üçün çəkilən xərclər 30 faiz azalacaq.

Xəbər lenti

Xəbər lenti