...

Azərbaycanda səyyar bankomat xidmətlərinin əhatə dairəsi genişlənir (MÜSAHİBƏ)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2012 15:16 (UTC +04:00)
"AtaBank" ASC Azərbaycanın qabaqcıl banklarından biridir. Bank maliyyə bazarında bir-birinin ardınca yeni xidmətlər təqdim edir. Bankın son yeniliklərindən biri olan "AtaMatik" xidməti ölkədə xeyli maraqla qarşılanıb.
Azərbaycanda səyyar bankomat xidmətlərinin əhatə dairəsi genişlənir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

"AtaBank" ASC Azərbaycanın qabaqcıl banklarından biridir. Bank maliyyə bazarında bir-birinin ardınca yeni xidmətlər təqdim edir. Bankın son yeniliklərindən biri olan "AtaMatik" xidməti ölkədə xeyli maraqla qarşılanıb. Trend-in məlumatına görə, bu barədə daha ətrafli "AtaBank" ASC-nin İdarə heyətinin sədr müavini Etibar Babaşlı danışıb.

- "AtaBank" ASC-nin səyyar bankomat xidməti kimlər üçün nəzərdə tutulub və hazırda xidmət respublikamızın hansı bölgələrini əhatə edir?

- Ucqar bölgələrdəki vətəndaşlar üçün nəzərdə tutulan səyyar bankomat xidməti sosial işçilərin, müəllim və dövlət qulluğunda olan digər işçilərin, eləcə də sadə vətəndaşların plastik kartlardan rahat istifadə etməsinə imkan yaradır. İlk dəfə "AtaBank" ASC tərəfindən səyyar bankomat xidməti pilot layihə şəklində Şəmkir rayonunun Düyərli və Gədəbəyin Zəhmət kəndlərində sınaqdan keçirilib. Dekabr ayının əvvəlindən isə layihə müntəzəm cədvəllə işə salınıb. Bizim istəyimiz "AtaMatik"in ölkəmizin ucqar bölgələrində yaşayan vətəndaşlara daha yaxın olmasıdır. Layihənin əhatə dairəsini daha da genişləndirməyi nəzərdə tuturuq. Belə ki, "AtaMatik" lahiyəsinin Şəmkir, Qazax, Tovuz və Gədəbəy rayonlarının ucqar kəndlərində də tətbiq olunması planlaşdırılır. Daha sonra isə bu cür səyyar xidməti ölkəmizin digər bölgələrində də həyata keçirməyi nəzərdə tuturuq.

- "AtaMatik" sırf bankomat kimi fəaliyyət göstərir, yoxsa burada digər bank əməliyyatlarını da həyata keçirmək mümkündür?

- "AtaMatik"in imkanları bankomat xidməti ilə məhdudlaşmır. Belə ki, vətəndaşlarımız "AtaMatik" avtomobilləri içərisinə quraşdırılan lazımi avadanlıq və bank tərəfindən təyin olunan əməkdaşlarımız vasitəsilə bütün növ bank əməliyyatlarını rahatlıqla həyata keçirə bilərlər. Bu layihəmizin ən önəmli məqsədi bank xidməti göstərilməyən, bankomatlar quraşdırılmayan ərazilərdə əhaliyə bütün lazımi bank xidmətlərini səyyar şəkildə göstərməkdir. Bu məqsədlə də biz xüsusi və təhlükəsizlik baxımından yüksək səviyyədə olan, daxilində bankomatlar quraşdırılmış avtomobillər sifariş etdik. Bu avtomobillərin fasiləsiz enerji təchizatı ilə təmin olunması məqsədilə daxilinə generator, işıqlandırma və rahat istifadə üçün digər lazımi qurğular yerləşdirilib.

- Bəs bizim vətəndaşlarımız layihəyə necə münasibət bəsləyirlər? Xidmətdən istifadə edən müştərilərin sayı çoxdurmu?

- Bu layihə zəruri və faydalı olduğuna görə tez bir zamanda insanların rəğbətini qazanıb. Layihəyə start verilən 7 ay ərzində bu xidmətdən istifadə edən müştərilərin sayı minlərlə olub. Hazırda bankomatla təchiz edilmiş avtomobillərin sayı 4-ə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti