...

“AtaBank” göstəricilərinin 20 faiz artacağını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2013 13:49 (UTC +04:00)
“AtaBank” 2013-cü ildə bütün göstəricilər üzrə 15-20 faiz artım proqnozlaşdırır.
“AtaBank” göstəricilərinin 20 faiz artacağını proqnozlaşdırır

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir A. Axundov/

"AtaBank" 2013-cü ildə bütün göstəricilər üzrə 15-20 faiz artım proqnozlaşdırır. Trend-in məlumatına görə, bu barədə bankın idarə heyətinin sədr müavini Etibar Babaşlı jurnalistlərə açlqlamasında bildirib.

"2013-cü ilin ikinci yarısında bankın Bakıda ilk elektron filialı açlkması planlaşdırılır. Müştərilərə əsas bank əməliyyatlarını icra etməyə imkan verəcək filalda, valyuta mübadiləsi üçün avtomat, pay-point, informasiya köşkq, bankomat yerləşdiliməsi nəzərdə tutulub", - Babaşlı bildirib.

Bundan başqa, bank 2013-cü ildə 2-si paytaxta, biri isə regionda olmaqla 3 yeni filalın açılmasını planlaşdırır. Bu gün "AtaBank"ın 24 filalı varki, bunlardan 12-si regionlarda fəaliyyət göstərir. İlin sonun kimi "AtaBank" bankomatlarının sayını 72-dən 80-ə, POS terminallarının sayını isə 9,3 mindən, 10 minə çatdırmağl planlaşdırır.

Babaşlının sözlərinə görə, 14 milyon manat portfellə "AtaBank" ölkədə ipoteka kreditinin verilməsində liderlərindən biridir.

"AtaBank" ASC 2012-ci ilin yekunlarına görə, 24,5faiz və ya 56,6 milyon manat artıb. Əgər ilin əvvəlində, banlın aktivləri 231 milyon idisə, ilin sonunda bu rəqəm 287,6 manata çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti