...

"AtaSığorta" sığortanın inkişafına verdiyi töhfəyə görə mükafata layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2013 15:29 (UTC +04:00)
Bu il aprelin 24-də "Consulting and Business" jurnalı özünün ənənəvi "Uğur 2012" mükafatının təqdimetmə mərasimini keçirib. "AtaSığorta" ASC "Sığortaçılığın inkişafına verdiyi töhfə" nominasiyası üzrə "Uğur 2012" Milli Mükafatına layiq görülüb.
"AtaSığorta" sığortanın inkişafına verdiyi töhfəyə görə mükafata layiq görülüb

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Bu il aprelin 24-də "Consulting and Business" jurnalı özünün ənənəvi "Uğur 2012" mükafatının təqdimetmə mərasimini keçirib. "AtaSığorta" ASC "Sığortaçılığın inkişafına verdiyi töhfə" nominasiyası üzrə "Uğur 2012" Milli Mükafatına layiq görülüb.

Şirkətdən Trend-ə verilən məlumata görə, mükafat "AtaSığorta" ASC İdarə Heyətinin sədri Müseyib Əliyevə təqdim olunub. Bununla da "Ata Holding" Şirkətlər Qrupunun təltif edildiyi "Uğur" Milli Mükafatına yenisi də əlavə olunub.

"Uğur" Milli Mükafatı iqtisadiyyatın və biznesin müxtəlif sahələrinin inkişafında və güclənməsində fəal iştirak edən şirkətlərə, iş adamlarına, dövlət və ictimai xadimlərə təqdim olunur. Hər zaman müştəri məmnuniyyətinə xüsusi önəm verən "Ata Sığorta" ASC bundan sonra da Azərbaycanda sığorta sahəsinin inkişafına daim yeni-yeni töhfələr verəcək.

"AtaHolding" Sirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. ASC, həmçinin İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti