...

"Bank VTB" (Azərbaycan) məlumatların vahid saxlanc yerinin yaradılması üçün proqram təminatı alır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2013 11:48 (UTC +04:00)
"Bank VTB" (Azərbaycan) ASC məlumatların vahid saxlanc yerinin yaradılması və Azərbaycan Mərkəzi Bankına təqdim edilməsi üçün prudensial hesabatlığının yaradılması üzrə proqram təminatının əldə edilməsi məqsədilə açıq tender elan edir.
"Bank VTB" (Azərbaycan) məlumatların vahid saxlanc yerinin yaradılması üçün proqram təminatı alır

Azərbaycan, Bakı, 7 may /Trend/

"Bank VTB" (Azərbaycan) ASC məlumatların vahid saxlanc yerinin yaradılması və Azərbaycan Mərkəzi Bankına təqdim edilməsi üçün prudensial hesabatlığının yaradılması üzrə proqram təminatının əldə edilməsi məqsədilə açıq tender elan edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı bankın yaydığı məlumatda deyilir.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcək: ən səmərəli tender təklifinə və texniki şərtlərin keyfiyyətinə.

Tender təklifləri 3 iyun 2013-cü il saat 16:00-dan gec olmayaraq qeyri-şəffaf zərfdə bağlanmış və möhürlənmiş şəkildə, Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., 38 ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.

Elan edilmiş tenderin texniki şərtlərinə cavab verməyən təkliflər tender komissiyası tərəfindən baxılmayacaq.

"Bank VTB" (Azərbaycan) ASC-nin Tender Komissiyası.
Əlaqələndirici şəxs: Rüfət Sultanov

Telefon: (+994) 12 437-71-20; (+994) 12 492-00-80 (daxili nömrə 1252)
Faks: (+994) 12 437-71-21

Məqalədə:
Xəbər lenti

Xəbər lenti