...

VTB Qrupu Azərbaycanı prioritet regionlardan biri hesab edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2013 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir E.Əliyev/

Azərbaycan VTB Qrupu üçün prioritet regionlardan biridir. Trend-in məlumatına görə, bu barədə Bank VTB-nin (Azərbaycan) Bakıda yeni baş ofisinin açılış mərasimi zamanı jurnalistlərə Bank VTB ASC-nin Törəmə banklar departamentinin direktoru Mixail Yakunin bildirib.

Yakunin vurğulayıb ki, yeni ofisin açılışı Bank VTB-nin (Azərbaycan) inkişafının yeni mərhələsini göstərir: "Azərbaycan-Rusiya əlaqələrinin bir sıra istiqamətlər üzrə əməkdaşlıq çərçivəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir vaxtda yeni ofisin açılışı bu ikitərəfli münasibətlərin inkişafında daha bir addımdır".

Mərasimdə çıxış edən Bank VTB-nin (Azərbaycan) İdarə Heyətinin sədri Aleksandr Yeryomin bankın əməkdaşlarına, həmkarlarına və VTB-nin digər törəmə strukturlar üzrə tərəfdaşlarına öz minnətdarlığını bildirib: "Bizi həmişə dəstəkləyən və kömək edən, həmişə vacib məsələlərin müzakirəsinə vaxt ayıran, həmçinin bankın inkişafı üçün əlindən gələni edən səhmdarlara da öz təşəkkürümü bildirirəm".

Onun sözlərinə görə, bank gələcəkdə də inkişaf etmək niyyətindədir: "Artıq sentyabr ayında bankın işçi ştatının artırılması ilə əlaqədar ofisin 30 faizədək genişləndirilməsi barədə saziş bağlanıb".

Qeyd edək ki, bu gün Bank VTB-nin (Azərbaycan) "Nizami" filialı və baş ofisinin rəsmi açılışı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti