...

"AtaBank" ASC və "AtaSığorta" ASC-nin nümayəndələri jurnalistlərlə görüş keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2013 11:39 (UTC +04:00)
19 iyul 2013-cü il tarixində "AtaBank" ASC və "AtaSığorta" ASC Milli Mətbuat günü ərəfəsində jurnalistlərlə görüş keçirib.
"AtaBank" ASC  və "AtaSığorta" ASC-nin nümayəndələri jurnalistlərlə görüş keçirib (FOTO)

Azərbaycan, Bakı, 22 iyul/Trend/

19 iyul 2013-cü il tarixində "AtaBank" ASC və "AtaSığorta" ASC Milli Mətbuat günü ərəfəsində jurnalistlərlə görüş keçirib. "AtaHolding" ASC-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak etdilər.

"AtaBank" ASC-nin İdarə Heyətinin üzvü - İcraçı direktor Elnur Osmanov mətbuat nümayəndələrini təbrik edərək bildirdi ki, banklar və media sıx əməkdaşlıq etməlidirlər və bu cür tədbirlər bu əməkdaşlığı daha da möhkəmləndirir. Ölkə iqtisadiyyatının sürətlə inkişaf edən bu dövründə müştərilərin ehtiyaclarını və tələbatlarını ödəmək üçün banklar öz məhsul və xidmət portfellərini daim yeniləyirlər, zamanın nəbzini tutmağa çalışırlar. Buna görə də media bu yeniliklərlə bağlı geniş ictimaiyyəti maarifləndirməkdə böyük rol oynayır. Cənab Osmanov sonda bildirdi ki, "AtaBank" ASC gələcəkdə də bu cür dəyirmi masalar ətrafında media nümayəndələri ilə görüşlərini davam edəcək, müştərilərin maliyyə savadlılığının artırılması, onlara innovativ və müasir məhsullar barədə dolğun məlumat çatdırılması istiqamətində əməkdaşlığı daha da genişləndirəcək".

"AtaSığorta" ASC-nin İdarə Heyəti sədrinin müavini Orxan Məmmədov da həmçinin, KİV nümayəndələrinə sığorta bazarını fəal işıqlandırdıqlarına görə təşəkkürünü bildirərək qeyd etdi ki, mətbuatın dəstəyi olmadan vətəndaşların sığorta sektorunun yeni istiqamətləri ilə tanışlığı, həmçinin, əməkdaşlıq və təcrübə mübadiləsi mümkün deyil. Müştərilərə daha səmərəli və keyfiyyətli sığorta xidmətləri göstərmək üzrə qarşıya qoyulmuş məqsədlərə nail olmaqda "AtaSığorta" üçün onun sığorta fəaliyyətinin nəşrlərin səhifələrində və jurnal materiallarında öz əksini tapması çox mühümdür".

Tədbirdə bütün iştirakçılara "AtaSığorta" ASC və "AtaBank" ASC-dən hədiyyələr təqdim edildi. Jurnalistlər lotoreya oyununda iştirak edərək "AtaTexnologiya" MMC-dən hədiyyələr və "Excelsior Hotel Baku" otelindən "Aura" sağlamlıq mərkəzinə sertifikatlar uddular.

Görüşdə təbrik müraciəti ilə çıxış edən "AtaHolding" ASC-nin Kommunikasiya şöbəsinin rəhbəri Dilarə Zamanova cəmiyyətdə mətbuatın əvəzedilməz rolunu, KİV-lə biznes strukturların əməkdaşlığının qarşılıqlı faydalılığını vurğuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti