...

Bank VTB (Azərbaycan) ASC-nin təhlükəsizlik sistemi beynəlxalq standartlara cavab verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2014 13:30 (UTC +04:00)
Bank VTB (Azərbaycan) ASC-nin təhlükəsizlik sistemi beynəlxalq standartlara cavab verir
Bank VTB (Azərbaycan) ASC-nin təhlükəsizlik sistemi beynəlxalq standartlara cavab verir

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Bank VTB (Azərbaycan) ASC-nin beş illik fəaliyyəti dövründə heç bir fövqəladə vəziyyət və ya qarət faktı baş verməyib. Bu barədə Trend-ə Bankın Təhlükəsizlik idarəsinin rəisi Zahid Səmədzadə bildirib.

İdarə rəisi qeyd etmişdir ki, maskalı qarətçilərin pul ilə dolu torbalarla qaçaraq bankdan çıxması dövrü artıq keçmişdə qalmışdır. Xoşbəxtlikdən belə səhnələri yalnız "Hollywood" filmlərində izləmək və ya bədii ədəbiyyatdan oxumaq mümkündür. Buna baxmayaraq biz xidmət zamanı sayıqlığı azaltmırıq.

Bank VTB (Azərbaycan) ASC-nin təhlükəsizlik standartlarının Azərbaycan Respublikası Mərkəzi Bankının təhlükəsizlik göstəricilərinə və beynəlxalq standartlara tam cavab verdiyini deyən Səmədzadə nəzərə çatdırmışdır ki, bankda qarət və ya digər xoşagəlməz fövqəladə halın baş verməsi həm müştərilərdə, həm də əməkdaşlarda silinməz psixoloji iz buraxır. Bu səbəbdən təhlükəsizlik xidmətinin fəaliyyəti strateji əhəmiyyət kəsb edir və hər hansı bir xətaya yol verilməsi qəbulolunmazdır.

"Müasir təhlükəsizlik texnologiyaları və kadrların hazırlıq səviyyəsinin artırılması sayəsində, həmçinin işçi heyətin nağd pullar ilə təmasının məhdudlaşdırılması nəticəsində qarətçilərin bankda oğurluq niyyətləri böyük risklə qarşılaşır. Müasir bankın təhlükəsizlik sistemi seyflərə yaxınlaşmağı məhdudlaşdırmaqla yanaşı, qarətçinin oğurladığı vəsaitlə bankdan çıxmasına da ciddi maneə yaradır", - Zahid Səmədzadə qeyd etmişdir.

Həmçinin, Bank VTB (Azərbaycan) ASC-nin təhlükəsizliyinin təmin olunmasında İnformasiya təhlükəsizliyi prioritet istiqamətdir. Bankın internetdə mövcud təhlükəsizlik sistemi kiberqarətçilər üçün ciddi problemlər yaradır.

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 4 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti