Azərbaycan, Bakı, 7 fevral /Trend/
Fevralın 6-da Bakının Xətai rayonunda Bank VTB (Azərbaycan) ASC-nin yeni filialının açılış mərasimi keçirilib.
Filial "Əhmədli" metrostansiyasının çıxışında, paytaxt əhalisinin sıx məskunlaşdığı ərazilərdən birində yerləşir. Yeni filialda fiziki və hüquqi şəxslər hər növ bank xidmətlərindən istifadə edə bilərlər.
Filialın açılış mərasimində Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri, həmçinin bankın səhmdarları - VTB Qrupun və "AtaHolding" ASC-nin nümayəndələri iştirak ediblər.
Bankın İdarə Heyətinin sədri Aleksandr Yeryomin qeyd edib: "VTB (Azərbaycan) beş ildən artıqdır ki, ölkənin maliyyə bazarında bank xidmətlərini göstərir. Bankın baş ofisi ilə birgə altıncı satış nöqtəsi fəaliyyətə başlayıb. Digər filialların işinin səmərəliliyini nəzərə alsaq, əminliklə deyə bilərik ki, Bank VTB (Azərbaycan) ASC-nin filial şəbəkəsinin genişləndirilməsi strategiyası çox effektivdir. Filiallar kifayət qədər tez bir zamanda gəlirliliyi artırır və bizim bank ölkə banklarının renkinq siyahısında mövqeyini sürətlə yüksəldir".
Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün bank 5 filial və baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.
Bank VTB (Azərbaycan) ASC-nin mətbuat xidməti:
tel.: (012) 492 00 80; faks: (012) 437 71 21; e-mail: [email protected]
www.vtb.az