...

VTB-nin rəhbəri Andrey Kostin Azərbaycana səfər edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2014 13:42 (UTC +04:00)
Bank VTB-nin prezidenti-sədri Andrey Kostin Azərbaycana səfər etmişdir.
VTB-nin rəhbəri Andrey Kostin Azərbaycana səfər edib

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Bank VTB-nin prezidenti-sədri Andrey Kostin Azərbaycana səfər etmişdir. Bankdan Trend-ə verilən məlumata görə, səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VTB rəhbərini qəbul etmişdir. Görüşdə VTB qrupunun regionda inkişaf perspektivləri müzakirə olunmuşdur.

Həmçinin, səfər zamanı Andrey Kostin vergilər naziri, iqtisadiyyat və sənaye naziri, VTB-nin ən böyük səhmdarlarından olan və ötən il SPO-da iştirak etmiş Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) rəhbərliyi, habelə Azərbaycanın neft şirkətləri sırasında olan bankın potensial müştəriləri ilə görüşmüşdür.

"Səfər son dərəcədə faydalı olmuşdur. VTB investisiyaların regiona cəlb olunması istiqamətində, xüsusilə iqtisadiyyatın real sektorunda, həmçinin əhaliyə və Azərbaycan ərazisində fəaliyyət göstərən şirkətlərə bank xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahəsində çalışır. Müvafiq siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dəstək qazanmışdır", - səfərin nəticələrini şərh edən Andrey Kostin qeyd etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti