...

"AtaBank" bədii gimnastika üzrə 30-cu Avropa çempionatında bank xidmətləri göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2014 11:45 (UTC +04:00)
2014-cü il iyunun 13-15-də Bakıda Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə 30-cu Avropa çempionatında “AtaBank” ASC səyyar bankomatı olan “AtaMatik” ilə bank xidməti göstərəcək.
"AtaBank" bədii gimnastika üzrə 30-cu Avropa çempionatında bank xidmətləri göstərəcək

Azərbaycan, Bakı, 13 iyun /Trend/

2014-cü il iyunun 13-15-də Bakıda Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə 30-cu Avropa çempionatında "AtaBank" ASC səyyar bankomatı olan "AtaMatik" ilə bank xidməti göstərəcək.

Cümə günü bankdan Trend-ə daxil olan məlumata görə, 3 gün boyunca davam edən çempionatda "AtaMatik" Milli Gimnastika Arenasının qarşında dayanaraq iştirakçılara, azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaradacaq. "AtaMatik" səyyar bankomatı vasitəsilə hər kəs bank kartı vasitəsilə nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara biləcək.

Öz müştərilərinə daim innovativ texnoloji imkanlar təqdim edən "AtaBank" ASC-nin İdarə Heyətinin üzvü - İcraçı direktor Elnur Osmanov bildirib ki, "AtaHolding" ASC-nin baş sponsoru olduğu Gimnastika üzrə 30-cu Avropa çempionatında iştirakçılara bank xidməti göstərməkdən yalnız fəxr duyuruq. Elnur Osmanov bundan əlavə "İnanırıq ki, əvvəllər Bakıda keçirilən yarışlarda xalqımızı medallarla sevindirən gimnastlarımız yenə öz bacarıqlarını nümayiş etdirərək, komandamıza mükafatlar qazandıracaqlar. Hər idmançımıza uğurlar arzulayır, azarkeşlərimizi zalda onlara dəstək olmağa çağırırıq. "AtaBank" ASC daima idmançılarımız və azarkeşlərimizlə birgədir" deyərək qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti