...

"AtaBank" stolüstü tennis çempionatında bank xidmətləri göstərdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2015 17:03 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında keçirilən beynalxalq stolüstü tennis yarışmasında “AtaBank” ASC səyyar bankomatı olan “AtaMatik” ilə bank xidməti göstərib.
"AtaBank" stolüstü tennis çempionatında bank xidmətləri göstərdi

Azərbaycan, Bakı, 11 fevral /Trend/

2015-ci il fevralın 6-8 tarixləri arasında Bakıda Milli Gimnastika Arenasında keçirilən beynalxalq stolüstü tennis yarışmasında "AtaBank" ASC səyyar bankomatı olan "AtaMatik" ilə bank xidməti göstərib.

3 gün boyunca davam edən çempionatda "AtaBank" iştirakçılara, azarkeş və nümayəndələrə "AtaMatik" vasitəsilə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaradıb. "AtaMatik" səyyar bankomatı vasitəsilə hər kəs nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara bilib.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bankdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti