...

VTB Azərbaycanda layihələrin maliyyələşdirilməsini artırmağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2015 19:08 (UTC +04:00)
VTB rəhbəri Azərbaycan ərazisində layihələrin maliyyələşməsininin daha da artırılmasında maraqlı olduğunu qeyd edib.
VTB Azərbaycanda layihələrin maliyyələşdirilməsini artırmağa hazırdır

Azərbaycan, Bakı, 3 mart /Trend/

3 mart 2015-ci il tarixində Bakıya rəsmi səfəri zamanı Bank VTB-nin prezidenti - İdarə Heyətinin sədri Andrey Kostin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb.

Bankdan Trend-ə verilən məlumata görə, görüş zamanı A.Kostin qeyd edib ki, VTB Azərbaycanda öz biznesini inkişaf etdirməkdə maraqlıdır.

Görüşdə A.Kostin bildirib ki, 2014-cü ilin sonuna VTB Qrupu Azərbaycan iqtisadiyyatının inkişafına təxminən 700 mln dollar yatırım edib. Bu vəsaitdən 300 mln dollar törəmə şirkəti - Bank VTB-nin (Azərbaycan) inkişafına, 400 mln dollar isə nəqliyyat və kommunikasiya sahəsində layihələrin maliyyələşməsinə ayrılıb.

VTB rəhbəri Azərbaycan ərazisində layihələrin maliyyələşməsininin daha da artırılmasında maraqlı olduğunu qeyd edib.

Bu gün A.Kostin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovla da görüşüb. Görüş zamanı bildirilib ki, VTB "AtaHolding" ASC ilə birlikdə Bank VTB-ni (Azərbaycan) inkişaf etdirir. Belə ki, 2014-cü ildə bankın 7 filialı açılıb ki, bununla da onun satış ofislərinin sayı 13-ə çatıb. 2015-ci ilin fevral ayında bank Gəncə şəhərində ilk regional filialını açıb.

E.Rüstəmovla görüşdə A.Kostin bildirib ki, VTB-nin Azərbaycandakı bankı bu ilin əvvəlindən Mərkəzi Bank tərəfindən bankların minimal məcmu kapitalına dair (50 mln manat) tələbini yerinə yetirib. Hazırda isə ölkənin TOP-10 bankı sırasına daxil olmaq üçün Bank VTB-nin (Azərbaycan) bütün imkanları mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti