...

VTB həlak olmuş erməni hərbçilərin ailələrinin kredit borcunu silməyi planlaşdırmır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2016 15:37 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

"Bank VTB" aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini ləğv etməyi planlaşdırmır. Bunu Trend-ə bankın mətbuat xidmətindən deyiblər.

VTB-nin baş ofisindən bildiriblər ki, belə qərar (erməni hərbçilərin ailələrinin kredit borcunun silinməsi barədə) qəbul edilməyib və planlaşdırılmır.

Xatırladaq ki, Ermənistan və Rusiyanın bəzi KİV-ləri Bank VTB-yə (Ermənistan) istinad edərək bankın aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini ləğv edəcəyi barədə məlumat yaymışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti