...

Bank VTB-nin İdarə heyətinə yeni üzv təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2016 12:14
Vadim Zinovyev Bank VTB-nin (Azərbaycan) İdarə heyətinin yeni üzvü təyin edilib.
Bank VTB-nin İdarə heyətinə yeni üzv təyin edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Vadim Zinovyev Bank VTB-nin (Azərbaycan) İdarə heyətinin yeni üzvü təyin edilib.

Bankdan Trend-ə verilən məlumata görə, o, həmçinin risklər və monitorinq departamentinin direktoru vəzifəsində çalışır. Bu vəzifədə o, risklərin idarə olunması və problemli kreditlərə cavabdehdir.

V.Zinovyev “Maliyyə və kredit” ixtisası üzrə Sankt-Peterburq Dövlət Mühəndis-İqtisad Universitetini bitirib, eləcə də idarəetmə kadrların yenidən hazırlanması üzrə prezident proqramının məzundur. Bank sahəsində, o cümlədən rəhbər vəzifələrdə böyük iş təcrübəsi var.

VTB qrupda 2013-cü ilin yanvar ayından Moskva Bankında kredit əqdlərinin monitorinqi istiqamətinə rəhbərlik etməklə çalışmağa başlayıb. 2015-ci ilin dekabr ayından Bank VTB-nin (Azərbaycan) risklər və monitorinq departamentinin direktoru vəzifəsində çalışır.
Arayış üçün:

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün bank baş ofis yanında Müştəri xidmətləri idarəsi daxil olmaqla 15 filialla təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti