...

SOCAR qaz kəmərindəki növbəti partlayışla bağlı məlumat yayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Yanvar 2017 11:53 (UTC +04:00)
Səngəçaldakı magistral qaz kəmərində təmir işləri davam etdirilir.
SOCAR qaz kəmərindəki növbəti partlayışla bağlı məlumat yayıb

Bakı. Trend:

Səngəçaldakı magistral qaz kəmərində təmir işləri davam etdirilir.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş vermiş qəzanın aradan qaldırılması istiqamətində təmir işləri davam etdirilir.

Qəza baş vermiş kəmərin istismara buraxılması üçün aparılan yoxlama işləri zamanı yeni nöqsan aşkar edilib. Yoxlama-sınaq işləri müvəqqəti olaraq dayandırılıb.

Bakıda qaz kəmərindəki yanğın söndürüldü (YENİLƏNİB-2)  (FOTO)

Bakıda qaz kəmərindəki yanğın söndürüldü (YENİLƏNİB-2) (FOTO)

Hazırda yeni nöqsanın aradan qaldırılması istiqamətində işləri davam etdirilir.

Bu işlərin həyata keçirilməsinin sənaye və əhali abunəçilərinin qaz təminatına heç bir təsiri olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti