...

Azərbaycan neftinə olan qiymətlər aprelin 24-də artıb

Energetika Materials 27 Aprel 2009 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel / Trend /

Azərbaycanın yüngül neftinin qiyməti Auqust liman CİF şərtləri əsasında bir barel üçün 51,18 dollar təşkil edib. 1997-ci ildən bəri yüngül neft hasil edən SOCAR-dan verilən məlumata əsasən, ötən həftənin cümə günü cümə axşamı ilə müqayisədə neftin qiyməti 1,92 dollar artıb.

Azeri Light markalı neft "Azəri-Çıraq-Günəşli" blokunda hasil edilir. Sözügedən neft Qazaxıstan nefti ilə qarışaraq Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına çatdırılır.  

SOCAR-dan verilən məlumata əsasən, Türkiyənin Ceyhan limanında FOB şərtləri üzrə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 24-də bir barel üçün 50,48 dollar təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,92 dollar artıqdır.

Azərbaycan URALS markalı neftini Bakı-Novorossiysk kəməri ilə xammal təchiz edərək Novorossiysk limanından satır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmər sistemində digər növdən olan neftlərlə qarışaraq Novorossiysk limanında URALS markalı neft kimi satılır.

URALS neftinin Novorossiysk limanından daşınması ilə birgə qiyməti aprelin 24-də bir barel üçün 48,49 dollar təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,94 dollar artıqdır.

Şimal dənizində hasil edilən etalon növlü Brent Dated neftinin qiyməti aprelin 24-də bir barel üçün 50,77 dollar təşkil edib ki, bu da əvvəlki qiymətdən 2 dollar yüksəkdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti