...

Azərbaycandan Avropaya enerji daşıyıcıları tədarükü artım üçün böyük şansa malikdir - Svante Kornell

Energetika Materials 29 Aprel 2022 20:11 (UTC +04:00)
Azərbaycandan Avropaya enerji daşıyıcıları tədarükü artım üçün böyük şansa malikdir - Svante Kornell
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqazdan və Azərbaycan vasitəsilə Mərkəzi Asiyadan Aİ-yə enerji daşıyıcıları tədarükü artım üçün böyük şansa malikdir.

Trend-in məlumatına görə, bunu ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın iştirakçısı İsveçin Təhlükəsizlik Siyasəti və İnkişaf İnstitutunun direktoru Svante Kornell deyib.

"Bərpa olunan enerjinin qısamüddətli perspektivdə təbii qazı əvəz edəcəyi ilə bağlı qeyri-real gözləntilər ona gətirib çıxardı ki, yekunda Avropanın alternativ enerjiyə marağı azaldı. Hazırda Rusiyadan qaz tədarükündə fasilələrlə əlaqədar təbii qaza daha böyük tələbat var. Bu, Avropadan ciddi investisiyalar və uzun vaxt tələb edəcək. Razılaşmalar əldə olunub və boru xətləri müəyyən gücədək tikilib. İndi qaz alıcıları Azərbaycanla yeni müqavilələr imzalamalıdır", - deyə S.Kornell bildirib.

O əlavə edib ki, yaxın zamanlarda Aİ ilə imzalanacaq saziş Azərbaycan üçün çox vacibdir, belə ki, bu, tərəflər arasında bütün sahələrdə daha mütəşəkkil və təkmil fəaliyyət mexanizmini ifadə edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti