...

Şuşada bərpa olunan enerji üzrə yeni müqavilə imzalanacaq - Pərviz Şahbazov

Energetika Materials 2 İyun 2022 09:46 (UTC +04:00)
Şuşada bərpa olunan enerji üzrə yeni müqavilə imzalanacaq - Pərviz Şahbazov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İki gündən sonra Şuşada bərpa olunan enerji üzrə yeni müqavilə imzalanacaq.

Trend -in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

Onun sözlərinə görə, belə müqavilələr Azərbaycanın bərpa olunan enerji sahəsində uzunmüddətli siyasətinin təminatçısıdır.

P.Şahbazov qeyd edib ki, eyni zamanda, bu, investorlar tərəfindən gözlənilən reaksiyadır, çünki bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşıl enerji sektorunda böyük potensialı var.

"İndi biz enerji transformasiyasından keçirik. Azərbaycan üçün bu, yeni fəsildir. Yaşıl enerji, davamlı inkişaf və sıfır emissiya arzusu olan dünyada Azərbaycan bu sahədə əməkdaşlığa və inkişafa açıqdır", - o əlavə edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti