Bakı. Trend:
Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə 4 qanun layihəsi 2020-ci ilin may ayında təsdiqlənib və biz hazırda 4 qanun layihəsi üzərində işləyirik.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Kamran Hüseynov "Yaşıl hidrogen - dekarbonizasiyaya gedən yol" seminarı zamanı "Hidrogen ekoloji cəhətdən təmiz enerjiyə keçid vasitəsi kimi" mövzusunda panel müzakirəsində deyib.
"Bunlar aktiv istehsalçıların iştirakı üçün dəstəkləyici mexanizmlər, bərpa olunan enerjinin istehsalı üçün sertifikatların verilməsi və bərpa olunan enerji mənbələri üçün informasiya sistemləri ilə əlaqəlidir. Bu qanun layihələri hazırlanıb və Nazirlər Kabinetinin təsdiqini gözləyir", - o deyib.