...

Azər Türk Bank "Apple Pay" ödəniş üsulunu istifadəyə verib

Maliyyə Materials 16 Avqust 2022 13:19 (UTC +04:00)
Azər Türk Bank "Apple Pay" ödəniş üsulunu istifadəyə verib

Bakı. Trend:

Dövlət bankı Azər Türk Bankın kart sahibi olan müştəriləri Apple Pay vasitəsilə ödəmələri daha rahat edə biləcəklər. Apple Pay - ticarət, xidmət müəssisələrində, tətbiqlərdə və saytlarda iPhone, Apple Watch, iPad, Mac vasitəsilə edilən sürətli və təhlükəsiz ödəniş üsuludur.

Hər bir əməliyyatın təhlükəsizliyi Apple-in innovativ texnologiyaları ilə təmin olunur.

Apple Pay-dən istifadə etməklə NFC texnologiyasını dəstəkləyən POS-terminallar və ATM-lər vasitəsilə kontaktsız əməliyyatları yerinə yetirmək mümkündür.

Apple Pay-ə necə qoşulmaq olar?

Kart seçin:

atb360 mobil tətbiqində Apple Pay sisteminə əlavə edəcəyiniz kartı seçin.

Apple Pay-ə əlavə edin:

“Apple Wallet-a əlavə etmək” düyməsinə toxunun.

Cihazı seçin:

Apple Pay-i aktivləşdirmək istədiyiniz cihazı seçin.

Təsdiqləyin:

İstifadə şərtləri ilə tanış olduğunuzu və qəbul etdiyinizi təsdiqləyin.

Qeyd edək ki, bir Apple cihazında Apple Wallet-ə bir neçə atb kart əlavə edə bilərsiniz. Əsas kart əlavə edilən ilk kart olacaq. Cihazın parametrlərində əsas kartı istənilən vaxt digəri ilə əvəz etmək mümkündür.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti