...

Təhlükəsiz və rahat Google Pay Azər Türk Bankda

Maliyyə Materials 21 Fevral 2023 12:31 (UTC +04:00)
Təhlükəsiz və rahat Google Pay Azər Türk Bankda

Bakı. Trend:

Dövlət bankı Azər Türk Bank Google Pay təmassız ödəniş xidmətini Mastercard və Visa kart sahibi olan müştərilərinin istifadəsinə verdi.

Bankın müştəriləri Google Pay dəstəklənən mobil cihazlar vasitəsilə bu xidmətin üstünlüklərindən faydalana biləcəklər.

Google Pay istifadəçilərə ticarət və xidmət obyektlərində, eləcə də təmassız ödənişlərin aktiv olduğu hər yerdə, həmçinin internet üzərindən də ödəmələri rahat və təhlükəsiz yerinə yetirmək imkanı yaradır. Bu halda elektron cihaz POS-terminala yaxınlaşdırılır və ödəniş tamamlanır.

Xidmətə qoşulmaq üçün atb360 mobil tətbiqində Google Pay sistemində istifadə ediləcək kart seçilir və Google Wallet-ə əlavə edilir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindənəldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti