...

"Sazz 4G İnternet" Dubayda keçirilən "ITU Telecom World 2012" konfransında təmsil olunub

Telekommunikasiya Materials 18 Oktyabr 2012 17:20 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində oktyabrın 14-dən işə başlayan "ITU Telecom World 2012" beynəlxalq konfrans davam edir.
"Sazz 4G İnternet" Dubayda keçirilən "ITU Telecom World 2012" konfransında təmsil olunub

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində oktyabrın 14-dən işə başlayan "ITU Telecom World 2012" beynəlxalq konfrans davam edir.

Dünyanın 193 ölkəsində IKT sahəsində ixtisaslaşan 700-dən artıq şirkət və təşkilatları özündə birləşdirən Beynəlxalq Telekommunikasiya İttifaqının himayəsi altında təşkil olunmuş tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə 63 nəfərdən ibarət nümayəndə heyəti, o cümlədən 20-dən artıq İKT şirkətinin və qeyri-hökumət təşkilatlarının rəhbərləri təmsil edirlər. Azərbaycanın İKT sahəsindəki milli nailiyyətlərinin təqdim olunduğu pavilyonda "Sazz 4G İnternet" şirkəti də təmsil olunub.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Açıq şəbəkələr - birləşmiş zəkalar" devizi altında keçirilən "ITU Telecom World 2012"-nin builki konfransının gündəliyinə daxil olan Azərbaycan sessiyasına ABŞ-ın Azərbaycandakı keşmiş səfiri Metyu Brayza moderatorluq edib.

Sessiyada Azərbaycanın rabitə naziri Əli Abbasov və ölkəmizi təmsil edən bir neçə şirkət və qurumların rəhbərləri, o cümlədən, "AzQtel" MMC şirkətinin prezidenti Ceyhun Mollazadə çıxış edib. Öz çıxışı zamanı Mollazadə ölkəmizdə genişzolaqlı internet xidmətinin tarixi və inkişafı haqqında məlumat verib. O qeyd edib ki, 2004-cü ildən etibarən yüksək sürətlə inkişaf etməyə başlayan internet sektorunda hazırda fiber-optik və simsiz genişzolaqlı internet xidmətlərinin geniş yayılmasına diqqət yetirilir. Mollazadə bu səpkidə ölkədə internet xidmətlərinin regionlara, xüsusilə də kommersiya baxımından cəlbedici xarakter daşımayan bölgələrə yayılması məqsədilə Azərbaycan hökumətinin böyük vəsaitlər ayırmaq qərarını yüksək qiymətləndirib.

O, həmçinin qeyd edib ki, yaxın 5-10 il ərzində ölkəmizdə internet protokolu üzərindən məlumat, xidmət və məhsulların ötürülməsi prosesi bir çox sahələrdə, o cümlədən, təhsil, tibb və digər sahələrdə geniş yayılacaq.

Ceyhun Mollazadə çıxışının sonunda Azərbaycanda fiber-optik və simsiz internet xidməti sahəsində rəqabətin daha da böyüyəcəyini vurğulayıb.

"ITU Telecom World 2012" konfransı oktyabrın 18-də öz işini yekunlaşdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti