...

SAZZ 4G İnternet Ramazan bayramı münasibətilə hədiyyə kampaniyasi keçirir

Telekommunikasiya Materials 24 Oktyabr 2012 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycanda WiMAX 4G texnologiyası əsasında fəaliyyət göstərən ən böyük simsiz genişzolaqlı İnternet provayderi Qurban bayramı münasibətilə mövcud və yeni müştəriləri üçün xüsusi kampaniyası keçirəcək.

Okytabrın 25, 26, 27 və 28-də Sazz İnternetə yeni abunə olanlara Sazz USB Flash modemi hədiyyə ediləcək. Bunun üçün sadəcə abunəçi müqaviləsini imzalamaq və iki aylıq abunə haqqını (50 AZN) əvvəlcədən ödəmək kifayətdir. Hədiyyə kampaniyası şirkətin Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də digər Sazz 4G satış nöqtələrində keçərli olacaq.

Bayram günlərində şirkət mövcud müştərilərini də unutmayıb. Sazz 4G istifadəçisi olan abunəçlərə USB modemlə birlikdə istifadə olunduqda WiFi zonası yaradan MF10 routeri endirimli qiymətlə təklif olunacaq. Belə ki, 60 manat məbləğı qarşılığında onlar növbəti ayın abunə haqqını ödəmiş və MF10 Wi-Fi routerini cəmi 35 manata əldə etmiş olacaqlar.

SAZZ 4G simsiz İnternet provayderi 2010-cu ildə AzQtel şirkəti tərəfindən qurulub. SAZZ 4G İnternet istifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir.

Bakı, Sumqayıt, Xırdalan, Mingəçevir şəhərlərini, habelə Abşeron yarımadasının əksər qəsəbələrini əhatə edən Sazz İnternet sentyabr ayından ilin sonuna qədər ardıcıl olaraq Azərbaycanın iri regionlarında da fəaliyyət göstərməyə başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti