...

Sazz 4G İnternet Yeni il kampaniyası başladı

Telekommunikasiya Materials 15 Dekabr 2012 14:12 (UTC +04:00)
Qarşıdan gələn yeni il münasibəti ilə dekabr ayının 15-dən etibarən Sazz 4G İnternet provayderi endirim kampaniyasına start verir.
Sazz 4G İnternet Yeni il kampaniyası başladı

Qarşıdan gələn yeni il münasibəti ilə dekabr ayının 15-dən etibarən Sazz 4G İnternet provayderi endirim kampaniyasına start verir. 2013-cü il yanvarın 12-dək davam edəcək kampaniya çərçivəsində mövcud müştərilərə və abunəçi olmaq istəyənlərə cəlbedici endirimlər təqdim olunacaq. Sazz 4G mətbuat xidmətinə istinadən endirimlər Sazz məhsullarının əksəriyyətini əhatə edir.

Belə ki, iki aylıq abunə haqqını ödəyən bütün yeni abunəçilərə USB fleş modemi hədiyyə olunacaq. Üç aylıq abunə haqqını birdəfəyə ödəyən yeni müştərilər isə USB modemini hədiyyə qazanmaqla bərabər MF10 Wi-Fi ruterini cəmi 25 manata əldə edəcəklər. Mövcud müştərilər növbəti aylıq abunə haqqını ödədikdə MF10 Wi-Fi ruterini 35 manata əldə edə biləcəklər.

Endirim kampaniyası bu dəfə İX350 və İX380 WiMAX Wi-Fi stasionar modemlərini, eləcə də Wimaxion simsiz portativ modemi də əhatə edir. Stasionar modemlər 2 aylıq abunə haqqını birdəfəlik ödəyənlərə 20 faiz endirimlə təqdim olunacaq. Şirkətin bu yaxınlarda satışa çıxardığı Wimaxion simsiz portativ modem də artıq güzəştlə satılacaq. Bu universal modemi alanlar 1 aylıq pulsuz limitsiz internet əldə edəcəklər. Paketlər həm yeni, həm də mövcud müştərilər üçün nəzərdə tutulub.

Yeni il endirim kampaniyası Sazz 4G Internetin Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də bütün Sazz 4G satış nöqtələrində keçərli olacaq. Sazz 4G xidmətləri haqqında daha geniş məlumatları www.sazz.az saytından, Sazz 4G feysbuk səhifəsindən, 191 nömrəli qaynar xətdən, habelə istənilən Sazz 4G satış nöqtəsindən əldə etmək olar.

Azərbaycanda Mobile WiMAX 4G texnologiyası əsasında fəaliyyət göstərən genişzolaqlı simsiz İnternet xidməti olan SAZZ 4G İnternet 2010-cu ildə AzQtel şirkəti tərəfindən qurulub. SAZZ İnternet istifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir. Bakı, Gəncə, Xırdalan, Sumqayıt, Mingəçevir şəhərlərini, habelə Abşeron yarımadasının əksər qəsəbələrini əhatə edən Sazz 4G İnternet gələn ilin ilk yarısında Şəki, Quba, Lənkəran və digər şəhərlərdə fəaliyyətə başlamağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti