...

"Microsoft Azərbaycan" və "AtaHolding" ASC əməkdaşlıq haqqında saziş imzalayıblar

Telekommunikasiya Materials 14 Fevral 2013 13:04 (UTC +04:00)
"Microsoft Azərbaycan" və "AtaHolding" şirkətləri Microsoft Open Value proqramı çərçivəsində saziş bağlayıblar.
"Microsoft Azərbaycan" və "AtaHolding" ASC əməkdaşlıq haqqında saziş imzalayıblar

Azərbaycan, Bakı, 14 fevral /Trend/

"Microsoft Azərbaycan" və "AtaHolding" şirkətləri Microsoft Open Value proqramı çərçivəsində saziş bağlayıblar.

Müqavilənin şərtlərinə görə, "AtaHolding" sazişə daxil olan proqram məhsullarını əldə etdiyi kompyuterlərdə istifadə etmə imkanına malikdir. Seçilmiş lisenziyalaşma variantının mühüm üstünlüyü - yenilənmələrə abunədir. Bu halda yeni proqram versiyaları, patçlardan istifadə etmək mümkün olur. Bununla da müştərinin məlumat sistemi təhlükəsizliyi təmin olunur və qlobal trendlərə uyğun daim inkişaf etdirilir. Təşkilat məhsul dəstini tam və yaxud hər bir baza məhsullarını ayrıca şəkildə lisenziyalaşdıra bilərək, sazişin qüvvədə olduğu müddətdə seçilmiş məhsulların ən son versiyalarından yararlana bilər.

"Dövlət səviyyəsində lisenziyalaşdırılmış proqram təminatından istifadə olunmasının vacibliyi haqqında bazarın məlumatlandırılması, Azərbaycan Müəllif Hüquqları Agentliyinin bu istiqamətdə keçirdiyi çoxsaylı tədbirlər öz bəhrəsini verməkdədir və artıq Azərbaycanın ən iri təşkilatları leqallaşma yolunu tutublar. Bu, düşünülmüş şəkildə atılan mühüm addım İT sahəsinə qoyulan adi xərc kimi yox, biznesə qoyulan maliyyə yatırımı kimi dəyərləndirilir. Informasiya Texnologiyalarının işgüzar həyatda mühüm yer alması danılmazdır. Güclü İT infrastruktura malik olmadan, biznesi genişləndirmək və yaxud irimiqyaslı layihələr həyata keçirmək qeyri mümkündür. AtaHolding şirkətinin İT təhlükəsizlik məsələlərində yeritdiyi siyasət daim zəmanə ilə uzlaşır və ona görə də proqram təminatının tam strukturunun lisenziyalaşdırılması şübhə doğurmurdu, - AtaTexnologiya şirkətinin rəhbəri Mais Yusifov deyib. - Məsələ yalnız lisenziyalaşmanın üsulunda idi. Microsoft Azerbaijan şirkətinin dəyərli məsləhətlərindən faydalanaraq, AtaTexnologiya MMC şirkəti Open Value Licensing-i seçdi. Bu variant bizi iki əsas məqamla cəlb etdi. Əvvəla - hissə-hissə ödəmə üsulu, hansı ki, azad kapitaldan istifadə edərək, maliyyə yatırımları qoymaq imkanı yaradır. İkincisi, müqavilənin qüvvədə olduğu müddətdə bütün proqram yeniliklərindən istifadə etmə hüququ. Məlumatların təhlükəsizliyi məsələsinə bilərəkdən toxunmadım. Hesab edirəm ki, bu lisenziyalaşmanın ən mühüm üstünlüyüdür və təbii olaraq nəzərdə tutulur. Bundan başqa, artıq tanış olduğumuz OVL üstünlükləri mövcuddur. Bu tanışlıq davam edəcək - şirkətimiz yeni məhsul və lisenziyaların tətbiqi dövrünü yaşayır".

"Biz çox şadıq ki, Azərbaycandakı tərəfdaşlarımız Microsoft şirkətinin biznes həllərini geniş şəkildə tətbiq etməyə başlayıblar. Keçmişdə bu cür sazişlər yalnız irimiqyaslı korporasiyalarla bağlanırdı. Hazırki layihə göstərdi ki, Microsoft Open Value proqramı vasitəsilə tərəfdaşlar kiçik və orta biznes üçün də həllər təkilf edə bilərlər", - Microsoft Azərbaycan şirkətinin Baş meneceri Rüfət Hacıəlibəyov qeyd edib.

Open Value üstünlükləri

Proqram təminatı əldə edildikdə cüzi birdəfəlik xərc: ödəniş illik ödəmə şəklində həyata keçirilir, bu isə dövriyyə vəsaitlərinin çatışmamazlıq problemini aradan qaldırır.

Təşkilat üçün vahid elektron razılaşma: lisenziyaların idarə olunması və əlavə sifarişlərin həyata keçirilməsi rahat şəkildə baş tutur.

Lisenziya idarəetməsi və mərkəzləşdirilmiş tədarük üçün sazişə bütün cavabdeh şəxslərin daxil edilməsi.

Üçillik razılaşma müddətində Microsoft-un ən son versiyalarından istifadə hüququ. Habelə, hər hansı bundan əvvəlki versiyalardan istifadə hüququ. İstifadədə olan versiyaları izləməyə lüzumu olmaması inzibati xərcləri və yeni versiyaların əldə edilməsi üçün nəzərdə tutulan planlaşdırılmamış xərclərin azalmasına gətirib çıxarır.

Əməliyyat sistemləri, stolüstü tətbiqlər və bütün fərdi kompyuterlərin lisenziyalaşdırılması zamanı əhəmiyyətli endirimlər.

Bütün fərdi kompyuter parkının lisenziyalaşdırılması təqdirində proqram təminatı əldə edildikdə xərclərə nəzarət. Bir kompyuterə hesablanmış baza məhsullarının lisenziya qiyməti razılaşmanın qüvvədə qaldığı müddətdə dəyişilməz qalır. Software Assurance opsiyasının daxil edilməsi, yeni versiyaların burаxılması ilə əlaqədar qiymətlərin bahalaşmasından sığorta edir.

Əlavə üstünlüklər paketi sifarişçilərə Software Assurance proqramı çərçivəsində təklif olunur. Buraya işçi heyətin təlimi, texniki dəstək, TechNet resurslarına çıxış və s. daxildir. Üstəlik, əldə edilmiş proqram təminatından effektiv şəkildə istifadə imkanı yaranır.

Lisenziyalaşdırılmamış proqram təminatından istifadə edilmə riskinin azalması. Open Value sazişinin qüvvədə qaldığı dövrdə, müştəri təşkilatın hər hansı kompyuterində lisenziyalaşdırılmış məhsullardan istifadə etmək hüququna malikdir. Buraya, sazişin qüvvədə qaldığı müddətdə əlavə edilən yeni fərdi kompyuterlərdən istifadə də daxildir. Sifarişın quraşdırma ayında yerləşdirilməsi şərti ilə.

Microsoft korporasiyası haqqında:

1975-ci ildə təsis edilmiş Microsoft korporasiyası proqram təminatı, fərdi kompyuter və sərvərlər üçün internet-texnologiyaların işlənib hazırlanması və xidməti üzrə dünya lideridir.

Microsoft korporasiyası geniş çeşidli proqram məhsullarını hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. Bundan başqa, Microsoft interaktiv (onlayn) xidmətlər təklif edir, kompyuter mövzulu kitablar nəşr edir, kompyuterlər üçün periferik avadanlıq istehsal edir, tədqiqat fəaliyyəti və yeni kompyuter texnologiyalarının işlənib hazırlanması ilə məşğul olur.

Microsoft korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompyuter platformalarının əksəriyyəti ilə uyğundur.

Microsoft-un geniş əhatəli server əməliyyat sistemləri və proqramları internet xidmətləri, habelə, effektiv biznesin təşkili üçün mükəmməl platformadır.

2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən Microsoft korporasiyasını dövlət və qeyri-dövlət sektorları ilə qarşılıqlı əlaqə quran, habelə, humanitar xüsusiyyətli məsələlərlə məşğul olan yeddi mütəxəssis təmsil edir. Microsoft Azərbaycan şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiqetmə yolu ilə təklif edərək, Azərbaycanın inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti