...

"SAZZ İnternet"dən yay kampaniyası

Telekommunikasiya Materials 31 May 2013 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

"Sazz İnternet"in artıq ənənəyə çevrilmiş mövsüm kampaniyası bu il "Yaya Sazzlan" adı altında keçiriləcək. Bu barədə şirkətdən Trend-ə daxil olan məlumatda bildirilir.

İyun ayının 1-dən sentyabrın 15-nə qədər davam edəcək kampaniya çərçivəsində "Sazz İnternet" mövcud və yeni abunəçilər üçün müxtəlif güzəştli paketlər hazırlayıb.

Mövcud abunəçilər kampaniyanın qüvvədə olduğu müddət ərzində növbəti istifadə haqlarını ödəyərkən əlavə pulsuz İnternet vaxtı əldə edəcəklər. Belə ki, 60 günlük istifadə haqqını birbaşa ödəyən Sazz abunəçilərinə əlavə 7 gün, 90 günlük istifadə haqqını ödəyənlərə əlavə 15 gün, 120 günlük istifadə haqqını ödəyənlərə isə əlavə 30 gün pulsuz İnternet hədiyyə olaraq təqdim ediləcək. Beləliklə, faktiki olaraq bu paketlərdən faydalanan abunəçilərə İnternetdən istifadə haqqı 10-20% daha ucuz başa gələcək.

"Sazz" abunəçisi olmaq istəyən yeni müştərilərə gəlincə, "Yaya Sazzlan!" kampaniyasında yer alan paketlər də ötən ilkilərdən daha sərfəlidir.

90 günlük abunə haqqını ödəyib AX 326 Sazz USB modemini pulsuz əldə etmək imkanını verən 75 manatlıq paketlə yanaşı yeni müştərilərə bu dəfə 150 günlük paket də təklif edilir. Qiyməti 125 mana olan həmin paketdə 1 ədəd AX326 USB modemi və 30 günlük əlavə İnternet hədiyyə kimi nəzərdə tutulub.

"Sazz İnternet"ə stasionar Wi-Fi mərkəzi ilə qoşulmağı üstün tutanlar 139 manatlıq paketi əldə edərək İX 380 stasionar modem və 60 günlük İnternetdən istifadə haqqı ilə yanaşı öz istəklərinə görə iki hədiyyədən birini: 30 günlük əlavə İnternet haqqını və ya AX 326 USB modemini seçə biləcəklər.

Nəhayət, "Yaya Sazzlan!" kampaniyasına simsiz portativ Wimaxion modeminin arzusunda olanlar üçün də sərfəli təklif nəzərdə tutulub. Belə ki, Wimaxion portativ modemini alıb, 60 günlük abunə haqqını ödəyənlərə də 30 gün əlavə İnternet vaxtı hədiyyə olunacaq. Bu paketi 169 manata əldə etmək mümkündür.

Kampaniyadan "Sazz İnternet"in Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində və bütün Sazz İnternet satış nöqtələrində faydalanmaq olar. Abunə haqqı ödənişlərini bütün Sazz ofislərində, eləcə də www.sazz.az saytında yerləşdirilmiş "şəxsi kabinet" vasitəsilə "online" həyata keçirmək olar.

Xatırladaq ki, Sazz İnternet həmişə olduğu kimi hər yeni abunəçiyə İnternet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.

Hazırda Sazz İnternet Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xırdalan şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəblərində xidmət göstərir. Bu yaxınlarda isə "Sazz İnternet"in əhatə dairəsinə 11 rayon mərkəzinin daxil olunması planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti