...

"Sazz 4G İnternet" Xaçmazda fəaliyyətə başladı

Telekommunikasiya Materials 27 Noyabr 2013 17:00 (UTC +04:00)
"Sazz 4G" simsiz internet provayderi Xaçmaz şəhərini öz əhatə dairəsinə daxil edib. Xaçmaz şəhərindəki "Sazz" müştəri xidmətləri abunəçilərə Nəriman Nərimanov prospektində (köhnə muzey binasının yaxınlığında) xidmət göstərəcək.
"Sazz 4G İnternet" Xaçmazda fəaliyyətə başladı

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

"Sazz 4G" simsiz internet provayderi Xaçmaz şəhərini öz əhatə dairəsinə daxil edib. Xaçmaz şəhərindəki "Sazz" müştəri xidmətləri abunəçilərə Nəriman Nərimanov prospektində (köhnə muzey binasının yaxınlığında) xidmət göstərəcək.

"Sazz 4G İnternet"in "Standart" tarif paketi abunəçilərə eyni modemlə əhatə dairəsinin istənilən nöqtəsində internetə qoşulmaq imkanı yaradır. "Sazz İnternet"ə qoşulmaq istəyən hər bir abunəçiyə internetin keyfiyyətini yoxlamaq üçün 5 günlük sınaq müddəti təqdim olunur.

Qeyd edək ki, qısa vaxt ərzində "Sazz 4G" internet provayderi Zaqatala, Balakən, Qax və Qusar şəhər sakinlərini də genişzolaqlı simsiz internetlə təmin edib.

"Sazz 4G" internet xidmətinin əhatə dairəsinə hazırda Bakı və Abşeron, Gəncə, Sumqayıt, Mingəçevir, Balakən, Zaqatala, Qax, Qusar və Xırdalan şəhərləri daxildir. Yaxın günlərdə "Sazz 4G İnternet"in əhatə dairəsinə Quba şəhərinin daxil olunması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti