...

Sazz 4G Internet 8 Mart münasibəti ilə xanımlar üçün xüsusi hədiyyə günləri keçirir

Telekommunikasiya Materials 6 Mart 2014 15:00 (UTC +04:00)
Sazz 4G Internet provayderinin 8 Mart kampaniyasında iştirak edən bütün xanımlara Sazz İnternetə bağlanmaq üçün lazım olan Sazz USB f fleş modem və səkkiz gün əlavə pulsuz Internet hədiyyə ediləcək.
Sazz 4G Internet 8 Mart münasibəti ilə xanımlar üçün  xüsusi hədiyyə günləri keçirir

Azərbaycan, Bakı, 6 mart /Trend/

Sazz 4G Internet provayderinin 8 Mart kampaniyasında iştirak edən bütün xanımlara Sazz İnternetə bağlanmaq üçün lazım olan Sazz USB f fleş modem və səkkiz gün əlavə pulsuz Internet hədiyyə ediləcək. Bunun üçün abunəçi müqaviləsini imzalayıb sadəcə iki aylıq abunə haqqını (50 AZN) ödəmək kifayətdir.

Bayram kampaniyası yalnız yeni müştərilər üçündür və 7,8,9 və 10 mart tarixlərində keçiriləcək. Hədiyyə kampaniyasından faydalanmaq istəyən bütün xanımlardan Sazz Internetin Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerələşən baş ofisinə və ya istənilən Sazz 4G satış nöqtəsinə müraciət edib şəxsiyyət vəsiqələrini təqdim etmək xahiş olunur.

Hazırda Sazz İnternet Bakı və Abşeron yarımadasında, habelə Xırdalan, Gəncə, Sumqayıt, Mingəçevir, Zaqatala, Balakən, Şəki, Qax, Quba, Qusar və Xaçmaz şəhərlərində xidmət göstərir.

Sazz Internetin xidmətləri, eləcə də kampaniya haqqında daha geniş məlumatları www.sazz.az saytından, Sazz 4G feysbuk səhifəsindən, 191 nömrəli qaynar xətdən, habelə həftənin bütün günləri işləyən istənilən Sazz 4G satış nöqtəsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti