...

İranın Ərdəbil əyalətində güclü qar yağıb - məktəblərdə dərslər dayanıb

Dünya xəbərləri Materials 5 Dekabr 2015 12:46 (UTC +04:00)
İranın Ərdəbil əyalətində qar yağıb, əyalətin Azərbaycan sərhədlərinə yaxın Germi, Xalxal, Nəmin və Şahrud şəhərlərində havanın tembu gün məktəblərdə dərslər dayanıb.
İranın Ərdəbil əyalətində güclü qar yağıb - məktəblərdə dərslər dayanıb

Bakı. Təmkin Cəfərov - Trend:

İranın Ərdəbil əyalətində güclü qar yağıb. Əyalətin Azərbaycan sərhədlərinə yaxın Germi, Xalxal, Nəmin və Şahrud şəhərlərində havanın temperaturunun bu gün çox aşağı düşməsi səbəbindən orta məktəblərdə dərslər dayanıb. Trend-in məlumatına görə, bu barədə İranın İRNA agentliyi xəbər verib.

Məlumata əsasən, Ərdəbil əyalətinin qar yağan şəhərlərində havanın temperaturu mənfi 8 dərəcədir.

Qeyd edək ki, ötən iki gün ərzində Ərdəbil əyalətinə güclü qar yağıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti