Bakı. Trend:
Moskva meri Sergey Sobyanin martın 8-dən 11-dək paytaxtda parklanmanın pulsuz olacağı barədə məlumat verib.
Trend-in məlumatına görə, paytaxt meri bu barədə özünün "Twitter" səhifəsində qeyd edib:
"Bayram günləri - martin 8-dən 11-dək Moskvada parklanma pulsuz olacaq. Paytaxtın istənilən küçəsində avtomobilləri problemsiz saxlamaq olar".
Qeyd edək ki, bundan öncə də Moskvada bayram günlərində pulsuz parklanma təcrübəsi tətbiq olunub.