Kolumbiyanın qərbində təyyarə qəzaya uğrayıb

Bakı. Trend:
Kolumbiyanın qərbində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qəza Kartaqo şəhərinin yaxınlığında baş verib.
Bildirilir ki, təyyarə havaya qalxan zaman onun mühərriki sıradan çıxəb və hava limanı yaxınlığında qəzaya uğrayıb.
Qəza nəticəsində pilot xəsarət almayıb.