Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Livanın paytaxtı Beyrutda baş verən partlayışı dəhşətli hücum adlandırıb.
Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bunu D.Tramp Ağ Evdə jurnalistlər üçün keçirilən brifinq zamanı deyib.
D.Tramp bildirib: "Görünür ki, bu dəhşətli hücum idi".
ABŞ prezidenti həmçinin ölkəsinin Livana yardım etməyə hazır olduğunu da qeyd edib.
Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutun limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 78 nəfər həlak olub, 4 min nəfər isə xəsarət alıb.
Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib.