Bakı. Trend:
Kanadada son sutka ərzində yeni koronavirusa yoluxanların sayı 1 797 nəfər artaraq 158 758 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Beləkilə, gündəlik göstəricilər may ayının əvvəlində ölkədə qeydə alınan pik rəqəmələrinə çatıb.
Ölkədə 9 297 ölüm halı qeydə alınıb, son 24 saat ərzində 6 nəfər xəstə vəfat edib.