...

Rumıniyada Rusiya istehsalı PUA qəzaya uğrayıb

Dünya xəbərləri Materials 14 Mart 2022 21:36 (UTC +04:00)
Rumıniyada Rusiya istehsalı PUA qəzaya uğrayıb

Bakı. Trend:

Rumıniyanın Dumitra bələdiyyəsində, Ukrayna sərhədindən 100 kilometr cənubda naməlum PUA qəzaya uğrayıb.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, polis dronun üzərində hərbi məqsədlər üçün istifadə edildiyinə dair heç bir fərqlənmə nişanı və ya avadanlıq olmadığınə bildirib.

Qeyd olunur ki, dron Rusiya istehsalı olan "Orlan-10" pilotsuz uçuş aparatıdır.

Bu model kəşfiyyat məlumatları toplamaq və hədəfləri müəyyən etmək üçün istifadə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti