...

ABŞ-ın "Artemis-1" missiyası Aya doğru start götürəcək

Dünya xəbərləri Materials 29 Avqust 2022 04:53 (UTC +04:00)

Bakı. Trend:

"Orion" kosmik gəmisi ilə birlikdə super ağır "SLS (Space Launch System)" daşıyıcı raketi bazar ertəsi ABŞ-ın Floridadakı kosmodromdan start götürəcək.

Trend-in məlumatına görə, bu barədə "NASA" xəbər verib.

Məlumata əsasən, həmin kosmik gəmi "Artemis 1" ("Artemida-1") missiyasının bir hissəsi olaraq pilotsuz sınaq rejimində Aya uçmalıdır.

Buraxılışın ABŞ-ın şərq sahili vaxtı ilə 08:33-də (Bakı vaxtı ilə 16:33-də) açılan iki saatlıq vaxt pəncərəsində baş tutması planlaşdırılır.

"Artemis 1" sınaq missiyası çərçivəsində "Orion" kosmik pilotsuz rejimdə Aya uçacaq. Orada o bir neçə heftə qalandan sonra Yerə qayıdacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti