Bakı. Trend:
Türkiyənin Malatya vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) bildirib.
Məlumata əsasən, yeraltı təkanlar Pütürge vilayətində qeydə alınıb. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.