...

Trampın qərarından sonra Avropa və Asiya birjalarında dirçəliş müşahidə olunur

Dünya xəbərləri Materials 10 Aprel 2025 14:14 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Tramp administrasiyasının 70-dən çox ölkəyə qarşı qarşılıqlı “idxal rüsumlarının” tətbiqini dayandırmasından sonra Avropa və Asiya birjalarında dirçəliş müşahidə olunur. Aparıcı indekslərin qalxdığı bildirilir.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, London Fond birjasında FTSE 100 indeksi səhər saatlarında 4.2 faiz yüksəlib. Səhmlərin bahalaşmasından ən çox “Barclays” (14%), “JD Sports” (11%) və “Rolls Royce” (10) xeyir görüb.

Almaniya fond birjasının əsas indeksi sayılan DAX 5,7 faiz, Paris birjasında isə CAC indeksi 5.4 faiz qalxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti