...

Gürcüstanın Hesablama Palatasının sədri postuna XİN başçısının müavini irəli sürülüb

Dünya xəbərləri Materials 7 May 2007 17:04 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Gürcüstanın Hesablama Palatasının sədri vəzifəsinə xarici işlər nazirinin müavini Levan Çoladzenin namizədliyi irəli sürüləcək. Gürcüstan parlamentinin mətbuat xidmətinin yaydığı məlumata görə, parlament bürosunun bugünkü iclasında Çoladzenin namizədliyini spiker Nino Burcanadze təqdim edəcək.

Hesablama Palatasının sədri postuna namizədin təqdim edilməsi məsələsi spikerin səlahiyyətlərinə aid olsa da, müxalifət buna qarşı çıxış edir. Qarşı tərəf hesab edir ki, bu səlahiyyət parlament azlığına aid olmalıdır.

"Sağ müxalifət"in liderlərindən biri olan Manana Naçkebiyanın Trend in xüsusi müxbirinə verdiyi məlumata görə, Çoladzenin namizədliyi Bejuaşvili klanı tərəfindən verilib. "Biz Çoladzeyə qarşı olmasaq da, hesab edirik ki, bu fakt spikerin prezidentin ətrafından asılılığına dəlalət edir" - deyə o vurğulayıb.

Ekspertlər hesab edir ki, əvvəllər Milli Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsində işləyən Çoladzenin namizədliyinin təsdiq edilməsi ilə bağlı heç bir problem yaranmayacaq. Çünki onu parlament çoxluğu dəstəkləyəcək.

Xəbər lenti

Xəbər lenti