...

Aygün Kazımova jurnalistə dəymiş maddi ziyanı ödəmədi (FOTO)

Mədəniyyət Materials 23 Aprel 2011 14:32 (UTC +04:00)
Yaradıcılığındakı yeniliklərlə bağlı keçirdiyi sonuncu mətbuat konfransında Azərbaycanın xalq artisti Aygün Kazımova, jurnalist həmkarlarımızdan birinə dəymiş ziyanı ödəməkdən boyun qaçırdı.
Aygün Kazımova jurnalistə dəymiş maddi ziyanı ödəmədi (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir Ş.Cavadsoy/

Yaradıcılığındakı yeniliklərlə bağlı keçirdiyi sonuncu mətbuat konfransında Azərbaycanın xalq artisti Aygün Kazımova, jurnalist həmkarlarımızdan birinə dəymiş ziyanı ödəməkdən boyun qaçırdı. Söhbət fotoqraf Ruslanın bilmədən Region TV-də yayımlanan "Şou məkan" verilişinin aparıcısı Nüşabənin əlindəki mikrofonun yerə düşməsinə səbəbkar olmasında gedir. Və mikrofonda verilişin adının yazıldığı leybolu ayaqlayaraq üstündən keçdi. Kənardan bu mənzərəni seyr edən Kazımova "vay, vay, görürsünüz də nə oldu?" deməklə kifayətləndi.

Jurnalistə dəyən ziyanın miqdarının elə də çox olmadığını nəzərə alıb güman edirdik ki, xalq artisti yerindəcə və ya bir gün sonra tədbirində baş vermiş bu xoş olmayan hadisəyə görə ziyançəkmiş tərəfə yeni leybol üçün lazım olan məbləğı ödəcəyək. Və bilərəkdən bu informasiyanı yayınlamağı yubatdıq ki, xəbəri barışıq mövzusu ilə əlaqləndirib sizə təqdim edək.

Ancaq gözlədiyimiz baş vermədi. Hadisənin üstündən bir neçə gün keçməsinə baxmayaraq, Aygün xanım qarşı tərəfə dəymiş maddi ziyana görə bir qəpik də ödəməyib. Yəni mikrofon üçün yeni leybolun hazırlanması televiziya şirkətinin əməkdaşlarının boynunda qaldı.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti