Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Yol qəzasında bir ailənin üzvləri xəsarət alıb.
Trend-in cümə axşamı Daxili İşlər Nazirliyinin internet saytına istinadən yaydığı məlumata görə, oktyabrın 12-də saat 10:00 radələrində Naftalan şəhəri ərazisində, şəhər sakini Vaqif Rüstəmovun idarə etdiyi "VAZ-21011" markalı və Qaşaltı kənd sakini Saleh Həsənovun idarə etdiyi "QAZ-3110" markalı avtomaşınlar toqquşub.
Nəticədə Rüstəmovun anası Ofeliya öılüb, xəsarət almış digər sərnişinləri - arvadı Almaz, qızı 10 yaşlı Səbinə və Tərtər rayon sakini Əsli Həsənova xəstəxanaya yerləşdiriliblər.