...

Sumqayıtda avtomobil mikroavtobusun sürücüsünü vuraraq öldürüb

Hadisə Materials 2 Sentyabr 2014 13:10 (UTC +04:00)
Sumqayıt şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Sumqayıtda avtomobil mikroavtobusun sürücüsünü vuraraq öldürüb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İlkin İzzət/

Sumqayıt şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 1-də saat 09 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Ələsgər İslamov idarə etdiyi "Opel" markalı avtomobillə Kürdəmir rayon sakini Elxan Abdullayevi və ona məxsus yolun kənarında dayanmış "Mitsubishi" markalı mikroavtobusu vurub.

Xəstəxanaya yerləşdirilmiş E.Abdullayev orada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti