...

Gəncədə dini cərəyan təbliğatçıları məsuliyyətə cəlb olunub

Hadisə Materials 14 Noyabr 2015 21:22 (UTC +04:00)
Gəncə şəhər Baş Polis İdarəsinin, Kəpəz rayon Polis İdarəsi ilə birgə keçirdiyi əməliyyat tədbiri ilə Gəncə şəhərində “Yehova şahidləri” kimi tanınan dini cərəyanın təbliği ilə məşğul olan şəxslər məsuliyyətə cəlb olunub.
Gəncədə dini cərəyan təbliğatçıları məsuliyyətə cəlb olunub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Gəncə şəhər Baş Polis İdarəsinin, Kəpəz rayon Polis İdarəsi ilə birgə keçirdiyi əməliyyat tədbiri ilə Gəncə şəhərində "Yehova şahidləri" kimi tanınan dini cərəyanın təbliği ilə məşğul olan şəxslər məsuliyyətə cəlb olunub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Əhməd Cavad küçəsi 47 saylı mənzildə dini ayinlərin yerinə yetirilməsi zamanı polis tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı 5 azyaşlı olmaqla 27 nəfər saxlanılıb. Onlar Kəpəz rayon Polis İdarəsinə gətirilib.

Hazırda bu şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 299.2 ci maddəsi ilə protokol tərtib edilib. Həmin şəxslər sabah məhkəmə qarşısına çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti