Bakı. Trend:
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Tağıyev martın 27-də "Toyota" markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
DİN-in Təhlükəsiz Şəhər Xidməti və 37-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən A.Əmiraslanov avtomobillə birgə Nobel prospektində saxlanılıb.
Araşdırma aparılır.