...

Bakıda avtoyuma məntəqəsindən avtomobil qaçırılıb

Hadisə Materials 20 Aprel 2020 15:36 (UTC +04:00)
Bakıda avtoyuma məntəqəsindən avtomobil qaçırılıb

Bakı. Trend:

Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birindən “BMW” markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.Əhmədov avtomobillə birgə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Məmmədov aprelin 18-də rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini R.Əhmədov aprelin 19-da A.Cəlilov küçəsində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti